"Siz deyirsiniz ki, biz heç vaxt məhbus məsələsini sülh müqaviləsinə daxil edə bilməmişik. Lakin indiyə qədər 100-dən çox məhbus azadlığa buraxılıb". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Daimi Komitəsinin iclasında deyib. 

Nazir "Hayastan" fraksiyasından olan deputat Aqnesa Xamoyanın müvafiq sualına cavabında deyib: "Biz o istiqamətdə işləyirik. Biz bunu edirik, əminik ki, o istiqamətdə səylərimizi əsirgəmirik. Amma fakt budur ki, uzun müddətdir ki, bu işdə heç bir uğur yoxdur. Biz bunu necə inkar edə bilərik ki?

Nə vaxt imkanımız olsa, əsirləri qaytaracağıq. Bu, sizin tələbinizdən qorxduğumuz üçün deyil, bu, bizim borcumuzdur, bizə bunu xatırlatmağa ehtiyac yoxdur".

Ağarza Elçinoğlu