Keçmiş Mərkəzi Bankın rəhbəri Mark Karni rəsmi olaraq Kanadanın baş naziri kimi and içib.

"Unikal" xəbər verir ki, Karni martın 9-da Kanadanın hakim Liberal Partiyasının yeni lideri seçilib. Partiyadaxili səsvermənin nəticələrinə görə, o, partiya üzvlərinin 85,9 faizinin səsini toplayıb. Prosedur Castin Trüdonun ölkəyə on il rəhbərlik etdikdən sonra bu yaxınlarda istefa verməsi fonunda təşkil edilib. Onun getməsinə səbəb miqrasiya siyasətinin tənqidi və ölkədəki inflyasiyanın səviyyəsindən narazılıq olub.