Ağ Evin mətbuat katibi Karolin Levitt aydınlaşdırıb ki, Rusiya prezidenti Vladimir Putinlə danışan Amerika lideri Donald Tramp deyil, onun müşaviri Stiv Uitkoff olub.
"Unikal" xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında deyib.
"Dünən sülh baxımından məhsuldar gün idi. Putinlə söhbət edən Stiv Uitkoff idi", - Levitt qeyd edib.
Bundan əvvəl Tramp özünün “Truth Social” sosial şəbəkəsində Putinlə məhsuldar müzakirənin aparıldığını və Ukrayna münaqişəsinin nizamlanması üçün yaxşı şanslar barədə fikirlərini bildirmişdi. O, müzakirənin kim tərəfindən aparıldığını bildirməmişdi.