Estoniyanın xarici işlər naziri Marqus Tsahkna idman naziri və Rusiya Olimpiya Komitəsinin (ROK) rəhbəri Mixail Deqtyarev, "EuroChem" qrupunun keçmiş rəhbəri Vladimir Raşevski, Vyaçeslav Kantor və iş adamı Əlişir Usmanovun bacısı Gülbahor İsmayılovaya qarşı Avropa İttifaqının siyahısından çıxarıldıqdan sonra sanksiya tətbiq edib.
"Unikal" xəbər verir ki, bu barədə Tsahkna sosial şəbəkədə bildirib.
“Mən Macarıstanın təzyiqi ilə Aİ-nin sanksiya siyahısından çıxarılan Kantor, Deqtyarev və İsmayılovaya qarşı dövlət maliyyə sanksiyaları tətbiq etmək qərarına gəldim”, – deyə o qeyd edib.