Rəssam Nağdəli Xəlilov vəfat edib.
"Unikal" xəbər verir ki, bu barədə “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə sosial şəbəkədə məlumat verib.
Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Qəmərli rayonunda anadan olmuşdur. O, 1972-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbini, 1980-ci ildə Tbilisi Dövlət Rəssamlıq Akademiyasını bitirib
Nağdəli Xəlilov 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Rəssamın üç fərdi sərgisi keçirilmişdir. 1988-ci ildən etibarən ümumittifaq, beynəlxalq və respublika sərgilərinin fəal iştirakçısıdır. Onun əsərləri Türkiyə, Gürcüstan, Almaniya, Amerika, Çexoslovakiya, Ərəb ölkələri və Azərbaycanda nümayiş olunub.