ABŞ-nin keçmiş prezidenti Co Baydenin əfv fərmanları etibarsızdır və heç bir hüquqi qüvvəyə malik deyildir, çünki onlar avtomatik imza təkrar istehsal edən cihaz tərəfindən imzalanıb.

"Unikal" xəbər verir ki,  bunu Amerikanın hazırkı lideri Donald Tramp "Truth Social" sosial şəbəkəsindəki səhifəsində yazıb. 

"Co Bayden onları imzalamadı, amma daha da əhəmiyyətlisi, onlar haqqında heç nə bilmirdi! Lazımi əfv sənədləri Baydenə izah edilmədi və ya onun tərəfindən təsdiqlənmədi", - Tramp qeyd edib. 

Xatırladaq ki, bu ilin yanvarında Bayden narkotiklə əlaqəli cinayətlərə görə məhkum edilmiş 2500-ə yaxın adamın cəzasını yüngülləşdirib.