Zərdab rayonu ərazisində yol qəzası baş verib.

"Unikal"ın məlumatına görə, hadisə zamanı sürücü həyatını itirib.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, qeyd edilən yol-nəqliyyat hadisəsi dünən günorta saatlarında Zərdab rayonunun İsaqbağı kəndi ərazisində baş verib.

Bakı şəhər sakini A.Abbasov idarə etdiyi “Mercedes Benz” markalı nəqliyyat vasitəsilə hərəkətdə olan zaman idarəetməni itirib və nəticədə avtomobil aşıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar aparılır.

Seymur Əli