"Azərbaycanın sazişdə qaldırdığı bütün narahatlıqların hamısının həlli var". 

"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib. 

Simonyan qeyd edib ki, İrəvan Ermənistan Respublikasının Konstitusiyasında ərazi iddialarının olub-olmamasını müzakirə etməyə hazırdır: "Biz deyirik ki, biz sülh sazişi ilə bu məsələni həll etmişik. Bu iddiaların reallıqla əlaqəsi olub-olmadığını öyrənmək üçün iki ölkənin Konstitusiyasını ekspertizaya göndərə bilərik. Biz iki ölkənin Konstitusiyasını Venesiya Komissiyasına göndərə və onlardan belə bir şeyin olub-olmadığını söyləmələrini xahiş edə bilərik".

Ağarza Elçinoğlu