Daha iki itkin-şəhid dəfn ediləcək.
"Unikal" xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.
Qeyd edək ki, itkin-şəhidlərin hər ikisi hərbçidir. Onlardan biri 1994-cü ildə Füzuli rayonu Şükürbəyli kəndində itkin düşən 1970-ci il təvəllüdlü Behbudov Daşqın Nəsrəddin oğlu, digəri isə 1992-ci ildə Xocalı rayonu Naxçıvanlı kəndində itkin düşən 1960-cı il təvəllüdlü Atayev Atakişi Qəhrəman oğludur.
D.Behbudov sabah doğulduğu Göyçay rayonu Mırtı kənd qəbiristanlığında, A.Atayev isə Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunacaq.