İspaniyanın “Atletiko Madrid” komandasının sabiq kapitanı Qabi baş məşqçi təyin olunub.
"Unikal" xəbər verir ki, 41 yaşlı mütəxəssis “Real Saraqosa” kollektivini çalışdıracaq. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.
İspaniyalı veteran futbolçu bunadək “Xetafe”nin B komandasına rəhbərlik edib.
Sequndada mübarizə aparan “Real Saraqosa” 36 xalla 18-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, Qabi futbolçu kimi də “Real Saraqosa”da oynayıb.