Qədim tarixə malik Azərbaycan xalqı bu gün Novruzun axrıncı çərşənbəsi olan Torpaq çərşənbəsini qeyd edir. Novruzun axrıncı çərşənbəsinə el arasında "İlaxır çərşənbə" də deyilir.

"Unikal" xəbər verir ki, Novruz bayramı münasibətilə Sumqayıt Bulvarında bayram tədbiri keçirilib. Şəhər ərazisində fəaliyyət göstərən müxtəlif dövlət və özəl qurumlar qurulan bayram çadırları ilə tədbirdə fəal iştirak ediblər.

Sumqayıt Bələdiyyəsinin qurduğu bayram çadırı milli ornamentlərlə, tarixi soykökümüzə uyğun qurulub, bəzədilib. Tədbirdə iştirak edən Sumqayıt Şəhər İcra Hakimiyyətinin Başçısı Zakir Fərəcov Sumqayıt Bələdiyyəsinin əməkdaşlarını, şəhər sakinlərini təbrik edib.