Rusiyanın Sverdlovsk vilayətində qayınata ov zamanı kürəkənini güllələyib. 

"Unikal" Rusiya KİV-ə istinadən xəbər verir ki, hadisə ehtiyatsızlıq zəmnində baş verib. 

Belə ki, 60 yaşlı German Fursov 35 yaşlı kürəkənini təsadüfən vurub. Nəticədə kişi ağır yaralanıb. Hadisədən sonra Fursov nəzarətə götürülüb. Onun barəsində cinayət işi açılıb. 

Seymur Əli