Praqadan yayımlanan “Azadlıq Radiosu” (RFERL) maliyyəşdirilməsinin dayandırıldığı üçün ABŞ Qlobal Media Agentliyini (USAGM) məhkəməyə verib.
"Unikal" “Radio Praha”ya istinadla xəbər verir ki, iddiaçının fikrincə, Konqres tərəfindən onun fəaliyyəti üçün ayrılmış maliyyədən məhrum edilə bilməz, çünki bu, ABŞ federal qanunlarını, o cümlədən Konstitusiyasını pozur.
Maliyyələşdirmənin dayandırılması ABŞ Prezidenti Donald Trampın cümə günü qəbul etdiyi Qlobal Media Agentliyini “qanuni minimum” səviyyəsinə endirmək qərarından sonra baş verib. Bu addım federal bürokratik aparatı məhdudlaşdırmaq məqsədi daşıyır.
Öz növbəsində, Çexiya hökuməti “Azadlıq Radiosu”nun yayımının davam etməsinin vacib olduğunu hesab edir və radiostansiyanın maliyyələşməsinə qoşulmağa hazır olan tərəfdarlar axtarışına başlayıb.