UEFA Millətlər Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.

"Unikal" xəbər verir ki, Türkiyə yığması doğma meydanda Macarıstanla qarşılaşıb. Görüş ev sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Türkiyənin qollarını Orkun Kökçü, Kərəm Aktürkoğlu və İrfan Can Kahveçi vurublar. Qonaqların yeganə qoluna isə Andraş Şafer imza atıb.

Komandalar arasında cavab oyunu martın 23-də təşkil olunacaq.