Bir neçə gün əvvəl itkin düşmüş məşhur ukraynalı model Mariya Kovalçuk Dubayda tikintidə hündürlükdən yıxılmış vəziyyətdə tapılıb. 

"Unikal" xəbər verir ki, bu barədə Dubay polisi məlumat yayıb. Məlumataa görə, o, qapalı tikinti sahəsinə girib və hündürlükdən yıxılıb.

Zərərçəkmiş xəstəxanaya yerləşdirilib və həkimlər ona köməklik göstərirlər. Modelin ailəsi baş verənlərdən xəbərdardır.

"Dubay polisi bütün lazımi yardımı göstərmək üçün ailə və aidiyyatı orqanlarla sıx işləməyə davam edir", - Dubay polisinin açıqlamasında deyilir.