ABŞ prezidenti Donald Tramp bu gün 19 yaşı tamam olan oğlu Barron haqqında danışıb.

"Unikal" xəbər verir ki, o, Barronun gələcəyini necə gördüyünü açıqlayıb

"Ola bilsin ki, onun gələcəyi texnologiyadadır, texnologiyanı yaxşı bilir. Mən onun kompüterini söndürürəm, 5 dəqiqədən sonra baxıram - kompüter yenidən işə düşüb! O, bunu necə edir? Texnologiya ilə heyrətamiz münasibəti var", - deyə Tramp bildirib.