Futbol üzrə Türkiyə millisinin heyətində dəyişiklik olub.
"Unikal" xəbər verir ki, qapıçı Mərt Günok və yarımmüdafiəçi Yunus Akgün zədə səbəbindən düşərgəni tərk ediblər. Bunun əvəzində İtaliyanın “Palermo” komandasında çıxış edən Rayyan Baniya yığmaya cəlb olunub.
Qeyd edək ki, Türkiyə seçməsi martın 23-də UEFA Millətlər Liqasının pley-off mərhələsinin cavab oyununda Macarıstanla qarşılaşacaq. Komandalar arasında ilk matç “ay-ulduzlular”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.