Futbol üzrə Azərbaycan milli komandası bu gün 2025-ci ildə ilk oyununa çıxacaq.
"Unikal" xəbər verir ki, portuqaliyalı Fernandu Santuşun rəhbərlik etdiyi komanda yoldaşlıq matçında Haiti millisi ilə üz-üzə gələcək.
Bu, komandaların tarixlərində bir-birlə ilk qarşılaçmasıdır.
Millimiz rəqibini Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda qəbul edəcək. Görüş 21:45-də start götürəcək.
Haiti millisi hazırda FİFA reytinqində 86-cı yeri tutur. Azərbaycan yığması isə 117-ci yerdə qərarlaşıb.
Milli komandamız sonuncu yoxlama oyununu ötən il iyunun 11-də Qazaxıstana qarşı keçirib və 3:2 hesablı qələbə qazanıb.
Qeyd edək ki, 3 gün sonra Azərbaycan millisi növbəti yoxlama görüşündə Bakıda Belarusla üz-üzə gələcək.
Hakimlər: Kadir Sağlam, Deniz Caner Ozaral, Anıl Usta (Türkiyə), Fərid Hacıyev (Azərbayan)