Türkiyənin əfsanəvi aktrisası Filiz Akın vida mərasimi keçirilmədən dəfn olunub. 

"Unikal" xəbər verir ki, bu barədə aktrisanın ikinci həyat yoldaş Sönmez Köksal sosial şəbəkədə bildirib. 

Onun sözlərinə görə, Filiz Akın martın 21-də dünyasını dəyişib və vəsiyyətinə əsasən, Aşiyada torpağa tapşırılıb. Köksal vida mərasiminin keçirilməməsinin sənətçinin istəyi olduğunu deyib. Lakin bu, aktrisanın pərəstişkarları tərəfindən etirazla qarşılanıb. 

Qeyd edək ki, Filiz Akının ölüm xəbəri bu gün elan edilib.