Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Borsunlu kəndindən Vətən müharibəsi qazisi Nəsirov Elmar Elmir oğlunu Novruz və Ramazan bayramları münasibəti ilə evində ziyarət edib.
"Unikal" xəbər verir ki, icra başçısı qazinin sosial qayğıları ilə maraqlanıb, qazimizi və ailəsini bayramlar münasibətilə təbrik edərək qazimizə şəfa, ailəsinə bol ruzi arzulayıb.