İsrail ordusu Qəzza zolağının cənubundakı Rəfah şəhərinin Tel-Sultan bölgəsinin sakinlərini şimala getməyə çağırıb.
"Unikal" xəbər verir ki, bu bəyanatı İsrail ordusunun sözçüsü Aviçai Edri yayıb.
Bildirilib ki, İsrail ordusu bölgədə antiterror əməliyyatına başlayıb.
Qeyd olunub ki, evakuasiya yalnız xüsusi ayrılmış marşrutlar üzrə mümkündür və avtomobillə hərəkət qadağandır.
Bundan başqa, İsrail ordusunun mətbuat xidməti Qəzza zolağının şimalındakı Beyt Hanun bölgəsində quru əməliyyatına başlandığını elan edib.