Birləşmiş Ştatlar və Rusiya Səudiyyə Ərəbistanında keçiriləcək görüşdə Qara dənizdə hərbi əməliyyatların dayandırılması və onun suları vasitəsilə ticarət gəmiçiliyinin bərpası məsələsini müzakirə edəcək.
"Unikal" xəbər verir ki, bunu ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz deyib.
Onun sözlərinə görə, martın 24-də keçiriləcək danışıqlarda atəşkəs, sülhməramlıların yerləşdirilməsi, ərazi məsələsi kimi məsələlər də müzakirə olunacaq.
Ağarza Elçinoğlu