Türkiyənin Cümhuriyyət Xalq Partiyası (CHP) hazırda həbsdə olan İstanbulun keçmiş bələdiyyə sədri Əkrəm İmamoğlunun prezidentliyə namizədliyini rəsmi şəkildə irəli sürüb.
"Unikal" xəbər verir ki, bu barədə CHP-nin X hesabında paylaşım edilib.
Qeyd edək ki, dünən Əkrəm İmamoğlunun həbsindən sonra milyonlarla vətəndaş CHP-nin ilkin seçkilərində iştirak edərək prezidentliyə namizədlərini seçiblər.
CHP sədri Özgür Özelin Saraçhanedə açıqladığı məlumata görə, 15 milyona yaxın vətəndaş CHP-nin prezidentliyə namizədi olaraq Əkrəm İmamoğlunu seçib.
Ağarza Elçinoğlu