Martın 25-də ABŞ-nin yeni administrasiyası dövründə Türkiyədən Vaşinqtona ilk rəsmi səfər olacaq. Vaşinqtona səfər edəcək Türkiyənin xarici işlər naziri Hakan Fidan burada ABŞ dövlət katibi Marko Rubio və digər rəsmilərlə görüşəcək.

"Unikal" xəbər verir ki, görüşlər zamanı Türkiyə-ABŞ münasibətlərində atıla biləcək strateji addımlar və qarşıdakı dövrdə dövlət başçıları səviyyəsində keçiriləcək görüşlərin hazırlıqları müzakirə ediləcək.

Danışıqlar zamanı, həmçinin Rusiya-Ukrayna və İsrail-Fələstin qarşıdurmalarının hazırki vəziyyəti və Suriyadakı son hadisələr başda olmaqla, iki ölkəni maraqlandıran regional məsələlər, eləcə də bu çərçivədə əməkdaşlıq imkanları dəyərləndiriləcək.