Mingəçevirdə evdən kişi meyiti tapılıb.

"Unikal"ın məlumatına görə, hadisə şəhər avtovağzalı yaxınlığında yerləşən köçkün şəhərciyində qeydə alınıb.

Meyiti tapılan şəxsin 1968-ci il təvəllüdü Allahverdi Quliyev olduğu müəyyən edilib. Onun bədənində zorakılıq əlaməti aşkarlanmayıb.

Qeyd edək ki, hadisə ölən şəxsin yaşadığı mənzildə baş verib.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov