İlon Mask 2025-ci il ərzində 5000 Optimus robotundan ibarət ordunun buraxılacağını elan edib.
"Unikal" xəbər verir ki, “Tesla” və “SpaceX” şirkətlərinin qurucusu İlon Mask X sosial şəbəkəsindəki yayımı zamanı 2025-ci ilin sonuna qədər beş min Optimus robotu istehsal etməyi planlaşdırdığını açıqlayıb.
"Tesla"nın rüblük nəticələrinin təqdimatı zamanı Mask qeyd edib ki, "Tesla" planlaşdırılan 10.000 ədədin yarısını satarsa, bunu böyük nailiyyət hesab edəcək. O əlavə edib ki, hətta beş min robot müxtəlif vaxtlarda iki mindən 10 minə qədər əsgər ola bilən Roma legionunun ölçüsüdür. "Düşünürəm ki, biz sözün əsl mənasında bir legion quracağıq: bu il ən azı bir robot legionu, sonra isə gələn il bəlkə də 10 legion quracağıq".