Əkrəm İmamoğlunun həbs olunduğu İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı korrupsiya istintaqı davam edir.  

"Unikal" xəbər verir ki, istintaq çərçivəsində İmamoğlunun kassası kimi tanınan Əli Nuhoğluna məxsus tikinti şirkəti - "Nuhoğlu İnşaat", "İSCON İnşaat" və "Trend İnşaat" müsadirə edilib.

İstanbul Baş Prokurorluğunun İstanbul Böyükşəhər Bələdiyyəsi və bələdiyyə sədri Əkrəm İmamoğluna qarşı terror və korrupsiya iddiaları ilə bağlı apardığı iki ayrı istintaqda ofisindən 1 milyon 300 min dollar ələ keçirilən “Nuhoğlu İnşaat”ın sahibi Əli Nuhoğlu da həbs edilib.