Azərbaycan millisi yoldaşlıq görüşündə Belarusa məğlub olub.

"Unikal" xəbər verir ki,  Masazırdakı "Bank Respublika Arena"da keçirilən matç rəqib komandanın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qolları Pavel Zabelin (59) və Nikita Demçenko (78) Azərbaycan yığmasının qapısından keçirib.

Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv martın 22-də Haitiyə də məğlub olmuşdu - 0:3.