Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsinə qarşı açılan korrupsiya istintaqı çərçivəsində həbs edilib.
"Unikal" xəbər verir ki, İmamoğlunun həbsindən sonra CHP-nin İstanbul Böyükşəhər Bələdiyyə sədrinin müavini vəzifəsinə namizəd axtarır.
Lakin keçmiş CHP millət vəkili və jurnalist Barış Yarkadaş sosial media hesabından açıqlamasında CHP-nin namizədinin Nuri Arslan olduğunu bildirib. Yarkadaş CHP-nin məclis üzvləri ilə keçirdiyi görüşdə CHP sədr müavini Gökan Zeybekin "Namizədimiz Nuri Aslandır" dediyini bildirib.