Futbol üzrə Rusiya milli komandası İranla yoldaşlıq oyunu keçirəcək. 

"Unikal" xəbər verir ki, bu barədə İran Futbol Federasiyasının rəhbəri Mehdi Tac İSNA agentliyinə açıqlamasında deyib. 

"İran milli komandası futbolçuları dünya çempionatına hazırlamaq üçün oktyabrın 6-da Rusiya ilə yoldaşlıq oyunu keçirəcək. Bundan əvvəl İran yığması 2026-cı il dünya çempionatına vəsiqə qazanmışdı. Turnir ABŞ, Kanada və Meksikada keçiriləcək", - deyə o qeyd edib. 

Rusiya və İran milliləri sonuncu dəfə 2023-cü ilin martında meydanda üz-üzə gəliblər.Yoldaşlıq görüşü Tehranda baş tutub və 1 :1 hesablı heç-heçə ilə yekunlaşıb.

Ağarza Elçinoğlu