Rusiya diktatoru Vladimir Putin tezliklə öləcək, onda hər şey bitəcək. 

"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "EuroNews"a müsahibəsində deyib.

"Cəmiyyətində sabitliyin pozulması onun qorxduğu şeydir. Amma heç kim buna təsir göstərə bilməz. Onun özü də təsir edəcək. Onun iqtisadiyyatı, sanksiyalar siyasəti də təsir edəcək. Onun bütün ərazilərinə nəzarət etməməsi və qorumaması - bütün bunlar müxtəlif qüvvələrin birləşməsinə səbəb olacaq", - deyə Zelenski vurğulayıb.

Onun fikrincə, rus hökmdarının qorxduğu daha bir şey var - gücünü itirmək.

Ağarza Elçinoğlu