ABŞ bütün idxal olunan avtomobillərə 25 faiz rüsum tətbiq etməyi planlaşdırır.
"Unikal" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
“Düşünürəm ki, bizim avtomobil sənayemiz əvvəllər olmadığı kimi çiçəklənəcək”, - deyə o bildirib.
Bu addımın avtomobil qiymətlərini artıra biləcəyi ehtimal edilir. Tariflər aprelin 2-dən qüvvəyə minəcək və ABŞ-a idxal edilən hazır avtomobil və yük maşınlarına, o cümlədən detalları xaricdə yığılan Amerika markalarına şamil ediləcək.