“Ukrayna Fransadan daha çox “Mirage” qırıcıları alacaq. Bu cür aviasiya vasitələri Ukrayna səmasını qoruyacaq”.
"Unikal" xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski fransalı həmkarı Emmanuel Makronla keçirdiyi birgə mətbuat konfransında deyib.
Zelenski qeyd edib ki, qırıcılar ilk növbədə ruslar tərəfindən atılan “Şahed”lərdən və digər hücum dronlarından müdafiəyə kömək edir.
“Mirage” qırıcı təyyarələrinin sayını artırmağı müzakirə etdik”, - deyə Ukrayna lideri əlavə edib.