Misirin Hurqada şəhərində 45-ə yaxın turisti daşıyan “Sindibad” batiskafı Qırmızı Dənizdə batıb.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 9 nəfər yaralanıb. İlkin məlumatlara görə, 29 nəfər xilas edilib.
Yaralılardan dördünün vəziyyəti ağır olaraq qalır. Onlar şəhər xəstəxanalarına çatdırılıblar. Ölənlərin hamısı xarici turistlərdir.
Hadisənin səbəblərinin araşdırılması məqsədilə texniki komissiya təşkil edilib. Qeyd olunur ki, batiskaf turistləri mərcan riflərini müşayiət etməyə aparırmış. Lakin məşhur otellərdən birinin sahili qarşısında batıb.