Göygöldə 41 yaşlı kişini bıçaqlayan şəxs tutulub.
"Unikal"ın məlumatına görə, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən 49 yaşlı V. Qədirov saxlanılıb.
Qeyd edək ki, hər iki şəxs qonşudur.
***21:04
Göygöldə bıçaqlanma olub.
"Unikal"ın məlumatına görə, hadisə rayonun Qızılca kəndində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü N.Əsgərov dizinin və qolununun kəsilmiş yarası ilə xəstəxanaya yerləşdirilib.
Xəstəyə yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. Məlumata görə, 41 yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov