Avropa çempionatının əsas mərhələsi çərçivəsində 19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.
"Unikal" xəbər verir ki, komandamız Xorvatiyadan olan həmyaşıdları ilə qarşılaşıb.
Görüş 3:3 hesabı ilə başa çatıb. Bu heç-heçə U-19-un əsas mərhələdə qazandığı ilk xal olub.
Millimiz qrupda son oyununu martın 29-da Türkiyə yığmasına qarşı keçirəcək. Görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.