Rusiyanın paytaxtı Moskvada insanların kütləvi toplaşdığı məkanlarda partlayış törətməyi planlaşdıran Rusiya vətəndaşı saxlanılıb.
"Unikal" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiyanın Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.
Məlumata görə, saxlanılan şəxsin kimliyi açıqlanmasa da onun 1972-ci il təvəllüdlü olduğu və bundan əvvəl Rusiya CM-nin adamöldürmə, hədə-qorxu yolu ilə pul tələb etmə, qarət maddələri üzrə məhkum həyatı yaşadığı bildirilir.
FTX onun terror aktını Ukrayna xüsusi xidmət orqanlarının sifarişi ilə planlaşdırdığını iddia edir.