Sabirabad rayonunda həmyerliləri arasında mübahisə bıçaqlanma hadisəsi ilə nəticələnib.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, martın 28-də saat 21 radələrində Sabirabad rayon sakini M.Cabbarov aralarında yaranmış mübahisə zəminində tanışı E.Ramazanova kəsici-deşici alətlə xəsarət yetirib.

M.Cabbarov polis əməkdaşları tərəfindən saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

E.Ramazanov Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilərək lazımi tibbi yardım göstərilib və həkim nəzarətinə götürülüb.