“Real”ın qapıçısı Tibo Kurtua La Liqanın 29-cu turunda bu gecə “Leqanes”lə keçiriləcək oyunda iştirak etməyəcək.
"Unikal" “El Chiringuito”ya istinadən xəbər verir ki, belçikalı qolkiper komandanın son məşqini buraxıb.
“Leqanes”lə matçda qapını ukraynalı Andrey Luninin qoruyacağı bildirilib. “Santyaqo Bernabeu” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
Qeyd edək ki, Lunin İspaniya La Liqasında bu mövsüm 4 oyunda iştirak edib iki görüşdə qapısını toxunulmaz saxlaya bilib.