"Atletiko"nun hücumçusu Antuan Qrizmann İspaniya çempionatının tarixinə düşüb.

"Unikal" xəbər verir ki, o, La Liqada ən çox meydana çıxan əcnəbi futbolçu olub.

34 yaşlı oyunçu 29-cu turda səfərdə "Espanyol"a qarşı oyunda 521-cü dəfə meydana çıxıb. O, bu göstəricidə "Barselona"nın əfsanəsi Lionel Messini (520 matç) arxada qoyub.

Qeyd edək ki, "Espanyol" - "Atletiko" matçı 1:1 hesabı ilə yekunlaşıb. Qrizmann bu mövsümdə 8 qol və 5 ötürçə ilə yadda qalıb.