Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilərdə iki qanun pozuntusu qeydə alınıb.

"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinə məlumat daxil olub.

Hər iki pozuntu ilə bağlı araşdırma aparılır. Nəticələrlə bağlı məlumat veriləcək.

Xatırladaq ki, bu gün Ermənistanda yerli özünüidarəetmə orqanlarına seçkilər keçirilir.