İspaniya La Liqasının 29-cu turunda növbəti oyun keçirilib.
"Unikal" xəbər verir ki, çempionluq mübarizəsi aparan "Barselona" doğma meydanda "Jirona" ilə qarşılaşıb. Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. Kataloniya təmsilçisinin qollarını Robert Levandovski (2 qol), Ferran Torres vurublar. Qonaqların heyətində Ladislav Kreyçi avtoqol müəllifi olub.
Bu nəticədən sonra xallarını 66-ya çatdıran "Barselona" turnir cədvəlinə başçılıq edir. "Jirona" isə 34 xalla 11-ci pillədə qərarlaşıb.