Balakəndə yanğın olub.
"Unikal" xəbər verir ki, yanğın gecə saatlarında rayonun Yeni Şərif kəndində 1964-cü il təvəllüdlü Yaqubov Məhəmməd Camal oğluna məxsus yardımçı tikilidə baş verib. Yanğın yerinə Balakən rayon YMH-nin yanğgınsöndürənləri cəlb olunub.
Yanğın zamanı ümumi sahəsi 88 kv/m olan yardımçı tikili və içərisində olan ev əşyaları tamamilə yanıb.
Xəsarət alan olmayəb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olumub.
Seymur Əli