Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən əvvəllər məhkum olunmuş Bəhruz Həsənov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, ondan 6 kiloqram marixuana, heroin və psixotrop maddə metamfetamin aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, B.Həsənov barəsində həbs qətimkan tədbiri seçilib.