Şimali Amerika Böyük Futbol Liqası Amerikanın “İnter Mayami” klubunun 37 yaşlı argentinalı hücumçusu Lionel Messinin cangüdəni Yassin Çeukonun oyun zamanı meydana daxil olmasını qadağan edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, açıqlamada stadionun təhlükəsizlik qüvvələrinin kifayət qədər olduğu və əlavə yardıma ehtiyac olmadığı bildirilib. 

Daha məni meydançaya buraxmırlar. 7 il Avropada, Fransa çempionatında və Çempionlar Liqasında çalışmışam. Həmin müddət ərzində sahəyə 6 nəfər daxil olub. ABŞ-də cəmi 20 ay ərzində 16 cəhd olub. Burada böyük problem var. İcazə verin, Leoya kömək edim. Biz birlikdə işləməliyik, amma əlbəttə ki, liqanın qərarını başa düşürəm", - deyə Messinin mühafizəçisi açıqlayıb. 

Qeyd edək ki, azarkeşlər futbolçu ilə şəkil çəkdirmək ümidi ilə meydançaya girəndə Messinin cangüdəni dəfələrlə diqqət mərkəzində olub. O, İraq və Əfqanıstanda döyüş təcrübəsi olan ABŞ ordusunun keçmiş xüsusi təyinatlı əsgəridir. 

Ağarza Elçinoğlu