Amerikalı alimlər xarici institutlara sığınmağa başlayıblar.
"Unikal" "Financial Times" nəşrinə istinadən xəbər verir ki, buna səbəb Donald Trampın universitetlərlə bağlı siyasətidir.
Belə ki, Tramp administrasiyası bəzi universitetlərə ayrılan maliyyəni kəsibi və həmçinin solçu fəallar və siyasətçilər tərəfindən fəal şəkildə təbliğ edilən DEI (müxtəliflik, bərabərlik və daxilolma) konsepsiyasına qarşı sərt tədbirlər görməyə başlayıb. ABŞ-də çoxlu sayda proqramlar, kurslar, qrantlar və tranşlar dondurulub. ABŞ institutlarının artıq 1 milyard dollar vəsaiti dayandırılıb və 40 milyard dollardan çox dondurulub, xüsusilə Yale və Kolumbiya universitetləri təsirlənib.
Alimlər əmək haqqı ilə yanaşı, öz işləri üçün avadanlıq və material almaq üçün də maliyyəyə ehtiyac duyduqlarından, onlar işləmək üçün yeni yerlər axtarmağa başlayıblar. Belə ki, Oksford Universiteti amerikalı alimlərdən iş üçün 20-dən çox müraciət aldığını açıqlayıb.
Gülayə Mecid