Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik ünvanlayıb.

"Unikal" xəbər verir ki, təbrikdə deyilir:

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi möhtəşəm bahar bayramı olan Novruz münasibətilə təbrik edirəm. Qoy bu bayram xalqlarımızın dostluğunu, birliyini daha da möhkəmləndirsin, hər bir ailəyə sevinc və bolluq gətirsin. Ortaq dəyərlərimizə və adət-ənənələrimizə əsaslanan Novruzun ölkələrimizə əmin-amanlıq, firavanlıq bəxş etməsini arzulayıram.

Hörmətli İlham Heydər oğlu, bu əlamətdar bayram münasibətilə Sizə möhkəm cansağlığı, ailənizə firavanlıq, qardaş Azərbaycan xalqına isə əmin-amanlıq və sabitlik diləyirəm.

*** 17:56

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Beynəlxalq Novruz bayramı münasibətilə Sizə və Sizin timsalınızda Azərbaycan Respublikasının qardaş xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırıram.

Dünyanın bir çox ölkəsində geniş şəkildə qeyd olunan bu gözəl bayram baharın başlanğıcını və təbiətin oyanmasını özündə təcəssüm etdirir. Novruz bayramı müxtəlif ölkələr və mədəniyyətlər arasında mehriban qonşuluq münasibətlərinin möhkəmləndirilməsində əsas rol oynayır. Bu işıqlı bayram müasir dünyada humanist hisslərin yaranmasına və möhkəmlənməsinə ilham verən ümid simvoludur.

Qoy bu gözəl bayram Sizin və ölkənizin bütün xalqı üçün xoşbəxtlik, sevinc və yeni uğurlar gətirsin!".

*** 13:40

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

Təbiətin canlanmasının və torpağın oyanışının rəmzi olan, Türk xalqlarının hər il qeyd etdikləri çoxəsrlik tarixə malik Novruz bayramı münasibətilə Sizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Qədim tariximizin və irsimizin bir parçası olan Novruz bayramı ortaq adət-ənələrimizin, mənəvi dəyərlərimizin qorunması və təşviqi, eləcə də Türk birliyinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyətə malikdir.

Bu əlamətdar bayram münasibətilə Zati-alinizə, dost və qardaş Azərbaycan xalqına cansağlığı, xoşbəxtlik və firavanlıq arzu edirəm".

***

İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi Əsəd Məcid Xan Prezident İlham Əliyevi təbrik edib.

"Unikal" xəbər verir ki, təbrik məktubunda deyilir:

"Zati-aliləri.

Yeniləşmə və ümid bayramı olan Novruz bayramı münasibətilə Sizə, Azərbaycan hökumətinə və xalqına təbriklərimi çatdırır, yeni imkanlar, uğurlar və firavanlıq dolu bir mövsüm arzu edirəm.

Bu əlamətdar bayramın bizim regional əməkdaşlığımıza dair ümumi öhdəliyimizi daha da gücləndirməsini diləyirəm.

Fürsətdən istifadə edərək, həmçinin Zati-alinizi mübarək Ramazan bayramı münasibətilə də təbrik edirəm. Qoy bu bayram hamımıza sülh, firavanlıq və xoşbəxtlik gətirsin, bölgəmizdə birlik və həmrəyliyi daha da möhkəmləndirsin!

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

***

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

"Unikal" xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

Beynəlxalq Novruz bayramı münasibətilə ən səmimi təbriklərimizi və ürəkdən gələn xoş arzularımızı qəbul etməyinizi xahiş edirəm.

Qədim tarixə malik bu bayram mədəni irs və çoxəsrlik ənənələrin vəhdətinin təcəssümü kimi sülh və təhlükəsizlik, qarşılıqlı hörmət və dəstək ideyaları əsasında onun coğrafiyasındakı xalqlar arasında əlaqələrin inkişafında mühüm rol oynayır.

Novruzun əbədi yaradıcılıq ənənələri bizi xalqlarımız və ölkələrimiz arasında dostluq və qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsi üçün daim səy göstərməyə sövq edir.

Tacikistan strateji tərəfdaşlıq çərçivəsində Azərbaycanla dövlətlərarası münasibətlərin indiki səviyyəsindən məmnunluq ifadə edir.

Əminəm ki, ölkələrimiz bu qədim bayramın yüksək ümumbəşəri dəyərlərinə əsaslanaraq çoxşaxəli münasibətlərinin məzmununun zənginləşdirilməsi üçün bundan sonra da birgə səy göstərəcək.

Bu əlamətdar günlərdə Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, ölkənizin qardaş xalqına isə xoşbəxtlik, firavanlıq, sülh və əmin-amanlıq, davamlı tərəqqi və rifah arzulayıram”.