Zaqatalada yaşlı kişi evində hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, hadisə Zaqatala şəhəri, Səlahəddin Kazımov küçəsində qeydə alınıb. Belə ki, ötən gecə həmin küçədə yaşayan Məmmədrəsul Məmmədovun evinə gələrək küçəyə çağırıb və döyülərək müxtəlif xəsarətlər yetirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, qeyd olunan hadisə barədə polisə məlumat daxil olub. Şəxsi münasibətlər zəminində baş verən mübahisə ilə bağlı tərəflərin izahatları alınıb və müvafiq ekspertiza təyin olunub.
Hazırda araşdırmalar davam etdirilir.
Seymur Əli