Pakistan prezidenti Asif Əli Zərdari səhhəti pisləşdiyi üçün Kəraçidəki özəl xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, Zərdari qızdırma və infeksiya şikayətindən sonra Nəvabşahdan xəstəxanaya aparılıb. Orada Zərdari bir neçə tibbi müayinədən keçib. Hazırda həkimlər onun vəziyyətini izləyirlər.
Pakistan Xalq Partiyasının mənbələri bildirib ki, həkimlər qrupu prezidentə intensiv terapiya və müalicə aparır. Eyni zamanda, partiya liderləri Zərdarinin vəziyyətinin yaxşılaşdığını və hazırda özünü daha yaxşı hiss etdiyini qeyd ediblər.
*** 20:02
Pakistan Prezidenti Asif Əli Zərdari təcili xəstəxanaya yerləşdirilib.
"Unikal" xəbər verir ki, Zərdari vəziyyəti pisləşdiyi üçün Kəraçidəki özəl xəstəxanaya çatdırılıb.