Tehran nüvə sazişinə razılıq verməsə və nüvə silahı üzərində işi dayandırmasa, İran "sentyabr ayına qədər yox olacaq".

"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın “Daily Express” qəzeti ABŞ prezidenti Donald Trampın administrasiyasındakı mənbələrə istinadən yazıb.

Bildirilib ki, İran nüvə sazişi ilə razılaşmasa və proqramını ləğv etməyə başlamasa, sentyabr ayına qədər yox olacaq.

Qəzet yazır ki, ABŞ Yaxın Şərqə bombardmançı təyyarələr və əlavə aviadaşıyıcı işçi qrupu yerləşdirdiyi üçün İranın "nüvə sazişi ilə razılaşmaq üçün daha az vaxtı var".